
Abşeron rayonu ərazisində avtomobilini evinin qarşısında park edən vətəndaşa külli miqdarda ziyan dəyib.
Bu barədə Hüseynov Təbriz Davud oğlu BAKU.WS-in redaksiyasına şikayətlə müraciət edib.
O bildirib ki, Masazır qəsəbəsindəki evin qarşısında "Volvo XC-90" markalı avtomobilin üzərinə 250 kiloqramlıq dəmir çən düşüb. Bunun nəticəsində avtomobilin dam hissəsi batıb.
Görüntülər təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Şikayətçi dəymiş ziyana və "Jasmin Park" MMC-nin təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə polisə müraciət edib.
Görüntüləri olduğu kimi təqdim edirik:
QALEREYA