Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Muxtar Babayevin işdən çıxardığı məmur nazirliyin kompüter sistemini çökdürdü

Tarix :
Muxtar Babayevin işdən çıxardığı məmur nazirliyin kompüter sistemini çökdürdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətində Telekommunikasiya Mərkəzinin baş direktoru həbs edilib. 
 
Qaynarinfo-nun məlumatına görə, Yasir (şərti) adlı sabiq vəzifəli şəxsin həbs olunmasına səbəb onun vəzifəsindən uzaqlaşdırılmasına görə Mərkəzə məxsus kompüter sisteminin tərkib hissəsi olan məlumat toplama server avadanlıqlarına ziyan vurması olub. 
 
O, nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin sabiq müdiri, mərhum Orxan Məhərrəmli ona vəzifəsindən çıxarılacağı və daha aşağı vəzifə veriləcəyi ilə bağlı xəbərdarlığından sonra bu addımı atmaq qərarını verib.
 

Umayra Tağıyeva
 
Birdən-birə əmək müqaviləsinə xitam verilməsi ona təsir edib, Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva ilə görüşüb. Sonuncu onun işdə qalmasına çalışacağını bildirib. Buna baxmayaraq, nazir Muxtar Babayevin əmri ilə işdən çıxarılan baş direktorla yanaşı, daha 5 nəfər mütəxəssisin (Bir qadın və 25 yaşında Məhərrəm adlı bir mütəxəssis də daxil olmaqla) əmək müqaviləsinə xitam verilib.
 
Sabiq məmur bundan sonra - 2021-ci ilin 21, 27, 28 avqust, 12, 23, 28 sentyabr və 4-5 oktyabr tarixlərində yaşadığı evdən Milli Hidrometeorologiya Xidmətinin kompüter sisteminin tərkib hissəsi olan məlumat toplama server avadanlıqlarına icazəsiz daxil olub. Bundan başqa 3, 4, 5 və 6 oktyabr 2021-ci il tarixlərində Milli Hidrometeorologiya Xidmətinin kompüter sisteminin tərkib hissəsi olan "Corobor” adlı qanuni istifadəçi hesabına aid kompüter məlumatlarını silib, bununla yanaşı kompüter sisteminin işləməsi üçün əhəmiyyət daşıyan xidmətləri dayandırıb. 
 
Məhkəmənin qərarı ilə sabiq məmur Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.
 

Orxan Məhərrəmli
 
Qeyd edək ki, ETSN-nin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli 10.11.2021-ci il tarixində ürək tutmasından vəfat edib.