Türkiyə kəşfiyyatı daha bir terrorçunu zərərsizləşdirdi

Tarix :
Türkiyə kəşfiyyatı daha bir terrorçunu zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror təşkilatının daha bir üzvünü Suriyanın şimalında Kamışlı bölgəsində keçirilən əməliyyatla zərərsizləşdirib.
Bu barədə Türkiyə KİV xəbər verir.
Məlumata görə, əslən Suriyanın Amude bölgəsindən olan Eymen Coli təşkilata 2013-cü ildə qoşulub. Türkiyə dövlətinə qarşı bir sıra əməliyyatlarda iştirak edən terrorçu PKK/YPG tərəfindən Türkiyə dövlətinin sərhəddə təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil edən "məsul şəxs"ləri arasında yer alıb.