Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ticarət mərkəzinin 3-cü mərtəbəsindən yerə yıxılan qadın öldü

Tarix :
Ticarət mərkəzinin 3-cü mərtəbəsindən yerə yıxılan qadın öldü


Türkiyənin Denizli şəhərində ticarət mərkəzlərinin birində bədbəxt hadisə yaşanıb. 
Haberler.com xəbər verir ki, 46 yaşlı Yeliz Yeder Can naməlum səbəbdən müvazinəti itirərək ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxılıb.
Ətrafdakı insanlar təcili yardım çağırıblar. Tibb işçilərinin səylərinə baxmayaraq, Y.Y.Canın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başladılıb.