
Türkiyənin Fox TV kanalı tərəfindən nümayiş etdirilən, baş rollarında Özcan Deniz və Özgü Namal oynayan “Qızıl qöncələr” serialına cəza verilib.
Türkiyə mediasının xəbərinə görə, Teleradio Şurası ( RTÜK) serialın nümayişinin 2 həftə dayandırılmasına və istehsalçıların əldə edilən gəlirin 3 faizi məbləğində cəzalandırılmasına qərar verilib.
Serialın növbəti bölümü 15 yanvarda ekranlara çıxacaq.
Sosial şəbəkələrdə filmin rəqəmsal platformada yayımlanacağına dair ehtimallar səsləndirilib.