İsrailin itkiləri 500-ü keçdi

Tarix :
İsrailin itkiləri 500-ü keçdi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında döyüşlər zamanı daha üç hərbçisinin öldüyünü təsdiqləyib.
Bu barədə “The Times of Israel” qəzeti ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, beləliklə, İsrail ordusunun Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı quru əməliyyatı başlayandan bəri ölən hərbçilərinin sayı 167-yə çatıb.
Yeni eskalasiya başlayandan indiyədək həlak olan İsrail hərbçilərinin ümumi sayı isə 501 olub.