Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Kişi həmkarı Şəbnəm Tovuzlunu biabır etdi: "15 il əvvəli xatırlasın..." - Qalmaqal

Tarix :
Kişi həmkarı Şəbnəm Tovuzlunu biabır etdi: "15 il əvvəli xatırlasın..." - Qalmaqal

Müğənni Şəbnəm Tovuzlu həmkarı Vüsal Əliyev ilə ARB televiziyasında yayımlanan "Xəbər ətər" verilişinə çıxmaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, verilişin aparıcısı Zümrüd Bədəlova Vüsal Əliyevə "Bu gün Şəbnəm Tovuzlu niyə sizinlə efirə gəlmək istəmədi" sualını ünvanlayıb.

O isə cavabında bundan xəbərsiz olduğunu deyib: "Verilişin anonsunu görməmişdim, amma verilişə dəvət alanda elə bir hal olmayıb ki, qonaqları soruşum, "mən gəlmirəm, yaxud da filan müğənni daha yaxşı olar" demirəm. Özüm də sənətdə sıfırdan başlamışam, heç kim ay və ulduz deyil. Hamının sənətdə yeni vaxtları olur. Ona görə əlimizdən gələn qədər dəstək olmaq lazımdır. Necə ola bilər ki, deyim filankəslə efirə çıxmıram. Əgər Şəbnəm xanım mənə görə gəlməyibsə, çox təəssüf olsun. İnanmıram və qəbul edə bilmirəm. Düzdür, onunla başqa kanalda da bu məsələ yaşanmışdı. On gün əvvəl toy mərasimlərinin birinə dəvət etmişdim. Bir həftə əvvəl öz restoranımda konsertini təşkil etmişdim, hətta üçüncü dəfə idi. Gözəl də konsert oldu.

Əvvəl onunla öz nömrəsi ilə mesajlaşırdıq, son vaxtlar mənimlə köməkçisi yazışır. Bunun səbəbini bilmirəm. Amma həqiqətən bunu qəbul edə bilmirəm. Ona səs göndərirlər ki, Vüsal Əliyev verilişdə qonaq olacaq. Ona reaksiya vermir və başqa müğənni siyahısı göndərir ki, o olsa daha yaxşı olar. Buradan Şəbnəm xanıma xatırlatmaq istəyirəm ki, hamımız cavanıq, yaddaşımız yerindədir. 15 il əvvəl, 2007-ci ili xatırlasın. Studiyama gəlmişdi və mənə zəng etdilər ki, bir xanım sizi görmək istəyir. Şəbnəm xanımla görüşdük, bizim ofisə gəldi. Mənə dedi ki, kaset çıxarmaq istəyir. Kaset üçün bir məbləğ dedim. Balaca bir avtomobili var idi, mənə cavab verdi ki, gərək bunun üçün maşınını satsın. Dedim ki, ona ehtiyac yoxdur. Hətta həmin günü bir tədbirim var idi, birlikdə getdik və oradan əldə etdiyim qonorarı da ona verdim. Şəbnəm xanıma dedim ki, avtomobili satmağa ehtiyac toxdur. Bəstəkar Aydın Əliyevdən öz pulu ilə münasib qiymətə mahnılar aldı, o zaman komanda şəklində işləyirdik. Şəbnəm "Sevənlər ölməz" mahnısı ilə tanındı. Onu demək istəyirəm ki, 15 il əvvəl tanınmağın üçün məni axtardın, şükür olsun, tanındın. Bu gün mənimlə bir yerdə görünməyi özünə sığışdırmırsan, çox səhv fikirdəsən. Hər müğənni mənimlə yanbayan oturmaq üçün fəxr edə bilər. İnsani keyfiyyətlər müğənniliklə ölçülmür. Mənə çox pis təsir etdi. Vaxtilə onun uğur qazanması üçün necə səmimiyyət göstərmişəm, bu gün belə yanaşmasını qəbul etmək mümkün deyil. Dediyim kimi son vaxtlarda şənlik və konsertlərə köməkçisi mənimlə əlaqə saxlayır. Köməkçisi yaxın günlərdə Yeni ildə müğənni Ülviyyə Namazovanın konsertdə yer almasını istədi. Mən də dedim ki, hətta həftənin beşinci günü onun konsertini təşkil edə bilərik. Mənə cavab verdi ki, beh göndər. Dedim ki, sözüm beh deyil, o isə problem olmadığını dedi. Konsertə iki gün qalmış səs atdı ki, Ülviyyə Namazova Bahar xəstələndiyi üçün onun toylarına gedir, konsertə gələ bilməyəcək. Dedim ki, Ülviyyəni bizim restoranda soruşan olmayıb. Amma insanlıq halı deyil. Bəlkə getdiyiniz yerdə atıq pul alacaqsınız, amma münasibəti itirmək olmaz".

Zümrüd Bədəlova isə Şəbnəm Tovuzlunun gəlməməsinə belə reaksiya göstərib: "Mənə pis təsir etdi. Şəbnəm xanımla çox gözəl münasibətimiz var, heç vaxt verilişlərimdən imtina etməyib. Hər halda mənimlə prodüseri danışmayacaq, çünki özümüz əlaqə saxlayırıq. Bir kəlimə yaza bilərdin ki, o qonaqla çıxmaq istəmir. Ən azından yazmalı idi. Əslində, onu deməyə haqqınız yoxdur. Amma biz bunu edərdik, münasibətimiz var. Heç ağlıma gəlməzdi ki, Şəbnəm Vüsal Əliyevlə verilişə çıxmaq istəməsin".