
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında CRC mobil proqramından danışarkən gülməyə başlayıb.
Bu barədə erməni KİV məlumat yayıb.
Daha sonra o, hansı səbəbə güldüyünü izah edib: "Niyə gülürəm, düzünü desəm, mən də o proqramı yükləmişəm, amma hələ də kiminsə qanun pozuntusunun şəklini çəkib Daxili İşlər Nazirliyinə göndərə bilməmişəm".
Qeyd edək ki, sözügedən proqram vasitəsilə vətəndaşlar pozuntuları çəkib avtomatik şəkildə DİN-ə ata bilir.
Paşinyan həmçinin qeyd edib ki, kağız çap etmək və kağızı insanlara çatdırmaq üçün milyardlarla pul xərclənir: "Bu, tamamilə 21-ci əsrin funksiyası deyil. Utancvericidir. Ədliyyə naziri Qriqor Minasyan da bildirib ki, dövlət qurumlarının bildirişləri üçün büdcədən hər il 3 milyard dram xərclənir. Ən çox pulu məhkəmələr xərcləyir, ondan sonra Ali Məhkəmə, bütün şöbələrə bir milyard dram paylanır".