Qırğıstanda yolkanı partlatmaq istəyən terrorçular tutuldu

Tarix :
Qırğıstanda yolkanı partlatmaq istəyən terrorçular tutuldu

Qırğızıstanda Yeni il öncəsi terror aktının qarşısı alınıb.

“Sputnik Kırqızstan” xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
16 yaşlı iki şübhəli şəxs “İslam Dövləti – Vilayət Xorasan” terror təşkilatının xarici kuratorlarının göstərişi ilə Cəlalabadda əsas yolka ağacının altına əldəqayırma bomba qoymağı planlaşdırıblar.
Onlar şəhərdəki Müqəddəs Məryəm kilsəsinə hücum etməklə bağlı plan da qurublar.
Hadisə ilə bağlı hazırda araşdırma gedir.