Rusiyada təyyarə eniş edərkən donmuş çaya düşdü

Tarix :
Rusiyada təyyarə eniş edərkən donmuş çaya düşdü

Yakutiyada An-24 sərnişin təyyarəsi Yakutsk hava limanına enərkən uçuş-enmə zolağından çıxaraq çaya düşüb.
Rusiya mətbuatı xəbər verir ki, "Polar Airlines"ə məxsus təyyarə eniş edərkən Kolıma çayı donmuş vəziyyətdə olub. 
 Məlum olub ki, təyyarə 52 il əvvəl istifadəyə verilib: "İlk uçuşunu 1971-ci ilin avqustunda edib. Qəza nəticəsində xəsarət alan olmayıb. Fövqəladə vəziyyət həm də pilotun səhvi nəticəsində yarana bilər. Araşdırma aparılır", - deyə ərazi üzrə prokurorluq açıqlayıb.