
Hər beş dəqiqəlik döyüşdə bir ukraynalı yaralanır və ya ölür.
Bunu Ukrayna Ali Radasının “Xalqın qulluqçusu” fraksiyasından olan deputatı Maryana Bezuqlaya deyib.
Siyasətçi özünün "Facebook" səhifəsində yazıb: “Hər beş dəqiqədən bir Ukrayna vətəndaşı yaralanır və ya ölür. Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında heç nə dəyişmir".
Bezuqlaya bu statistika ilə Ukrayna Silahlı Qüvvələrinin komandanlığını tənqid edib.
