Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

16 yaşlı nişanlısının başını kəsən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Tarix :
16 yaşlı nişanlısının başını kəsən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
***12:57
Azərbaycanda dəhşətli qətl törədilib.
Lent.az xəbər verir ki, hadisə  Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.