Dünyanın ən böyük AES-i yenidən işə düşür

Tarix :
Dünyanın ən böyük AES-i yenidən işə düşür

Yaponiya dünyanın ən böyük atom elektrik stansiyasının istismarına qoyulan qadağanı aradan qaldırıb.
Ölkənin nüvə enerjisi tənzimləyicisi Tokyo Electric Power (Tepco) nəhəngi Kashivazaki-Kariva atom elektrik stansiyasına iki il əvvəl tətbiq etdiyi fəaliyyət qadağasını ləğv etdiyini açıqlayıb. 
 8 212 meqavat gücündə olan stansiya 2011-ci ildə Fukusima faciəsindən sonra 2012-ci ildə bağlanıb.