Stoltenberq Türkiyənin addımını alqışladı

Tarix :
Stoltenberq Türkiyənin addımını alqışladı

NATO baş katibi Yens Stoltenberq İsveçin Alyana qoşulma ərizəsinin Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində təsdiqlənməsini alqışlayıb.
AFP xəbər verir ki, NATO-nun baş katibi Türkiyə parlamentinin əsas komitəsinin Stokholmun müraciətinə yandırdığı “yaşıl işıq”a belə cavab verib:
“Mən Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı səsverməsini alqışlayıram”.
O, Türkiyə və Macarıstanı ratifikasiyanı başa çatdırmağa çağırıb.