Azərbaycanda ŞOK OLAY: 4 aylıq körpənin mədəsindən mismar çıxdı

Tarix :
Azərbaycanda ŞOK OLAY: 4 aylıq körpənin mədəsindən mismar çıxdı

Sumqayıtda 4 aylıq körpə mismar udub.
Yad cisim udan körpənin həyatı xilas edilib. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib. Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb. 
Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cisim olan mismarın xaric olunması əməliyyatı uğurla başa çatıb. 
Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.