Macarıstanda azərbaycanlı itkin düşdü

Tarix :
Macarıstanda azərbaycanlı itkin düşdü

Macarıstanda azərbaycanlı itkin düşüb.
Bu barədə onun yaxınları sosial şəbəkədə bildiriblər. Məlumata görə, 27 yaşlı Qəmbərov Tusi İlham oğlu 3 aydır öz maşını ilə birgə yoxa çıxıb.
Onun sonuncu dəfə Macarıstanda olduğu bildirilir.
Qeyd edək ki, T. Qəmbərov Gürcüstan azərbaycanlısıdır.