İsrail ordusu Qəzzada daha iki hərbçisini itirdi

Tarix :
İsrail ordusu Qəzzada daha iki hərbçisini itirdi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında döyüşlər zamanı daha iki hərbçisinin öldüyünü açıqlayıb.
Bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son 24 saat ərzində Qəzzanın cənubundakı döyüşlərdə Ram diviziyasının batalyonlarından olan çavuşlar Elişa Conatan Luber və Cozef Qitterts həlak olub.
Nəticədə, anklavda Fələstinin HƏMAS hərəkatına qarşı quru əməliyyatı başlayandan bəri IDF-nin itkiləri 158 nəfərə çatıb.
Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyasının başlanğıcından bəri ordunun itkiləri isə 491 nəfər təşkil edib.