ABŞ-da hinduşka bir şəhəri işıqsız qoydu

Tarix :
ABŞ-da hinduşka bir şəhəri işıqsız qoydu

Kaliforniyanın Sakramento şəhərində Milad ərəfəsində vəhşi hinduşka elektrik enerjisinin kəsilməsinə səbəb olub. 
Bu barədə "Sacramento Bee" yazıb.

Bildirilir ki, yerli elektrik enerjisi şirkəti problemi qısa zamanda aradan qaldırıb. Nəticədə şəhər sakinləri Milad bayramını elektrik enerjisi ilə qeyd edə biliblər.


Sakramentoda elektrik enerjisinin kəsilməsi 4248 bina və müəssisəyə təsir edib.

"Bir hinduşka naqillərini qırıb və nəticədə elektrik enerjisi kəsilib", deyə nəşr şirkət nümayəndəsinə istinadən yazıb.

Eyni zamanda, elektrik enerjisi şirkətinin saytında şəhərin enerji təchizatında hər hansı bir fasilə barədə məlumat verilməyib.