Yaponiya HƏMAS liderlərinə qarşı sanksiyalar tətbiq etdi

Tarix :
Yaponiya HƏMAS liderlərinə qarşı sanksiyalar tətbiq etdi

Yaponiya oktyabrda İsrailə hücumla bağlı HƏMAS hərəkatının rəhbər üzvlərinə qarşı sanksiyalar tətbiq edib. 
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 
Sanksiya siyahısında HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı var. 
Yaponiya onlara qarşı bir sıra tədbirlər görəcək, o cümlədən aktivləri aşkar edilərsə, dondurulacaq.