
Rusiyanın teatr və kino aktyoru Aleksey Çernıx vəfat edib.
Bu barədə Moskvanın "Et Cetera" teatrı məlumat yayıb.
43 yaşlı aktyorun infarktdan dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Aleksey “Qluxar”, "Səssizliyin qiyməti", "Gəncliyin səhvi", "Sevgi şəbəkəsi" kimi məşhur filmlərdə rol alıb.
