Ukraynada vətəndaş müharibəsi başlaya bilər - Keçmiş müşavir

Tarix :
Ukraynada vətəndaş müharibəsi başlaya bilər - Keçmiş müşavir

“Prezident Volodimir Zelenskinin hərbi əməliyyatları və ümumi səfərbərliyi davam etdirmək qərarı vətəndaş müharibəsinə səbəb ola bilər”.
“Strana” xəbər verir ki, bunu sabiq Ukrayna prezidenti Leonid Kuçmanın müşaviri Oleq Soskin öz “YouTube” kanalında bildirib.
“Bütün hadisələr Ukraynada vətəndaş müharibəsinin başlanmasına təsir edəcək. Cəbhədə heç bir uğur yoxdur, böyük itkilər var.
Hər şey ən pis ssenaridə inkişaf edir, yaxşı heç nə yoxdur və əslində, əks-hücumun, irəliləyişin olmayacağı aydındır. Üstəlik, hətta adi silahlar da tükənmək üzrədir”.