Şəkidə zibil maşınının vurduğu 88 yaşlı piyada ÖLDÜ - YENİLƏNİB

Tarix :
Şəkidə zibil maşınının vurduğu 88 yaşlı piyada ÖLDÜ - YENİLƏNİB

Şəkidə zibil maşınının vurduğu piyada vəfat edib.
Həkimlərin səyinə baxmayaraq, Paşa Mərdanov xəstəxanada dünyasını dəyişib
***
15:00
Şəkidə zibil maşını piyadanı vurdub.
Hadisə Şəki şəhəri, Çingiz Mustafayev küçəsində baş verib. Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus avtomobil zibil daşınması ilə məşğul olarkən şəhər sakini 88 yaşlı Paşa Mərdanovu vurub. 
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Paşa Mərdanov Şəki RMX-na yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır oldugu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.