
Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın şimalındakı Sülaymaniye bölgəsində yeni əməliyyat keçirib.
Türkiyə KİV xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının “rəhbərlərindən” biri olan Erdinç Bolcal məhv edilib.
Bildirilir ki, uzun müddətdir təşkilat adına fəaliyyət göstərən terrorçu Erdinç Bolcal Şimali İraqa köçərək silahlı hücumlar həyata keçirirmiş.
