
Türkiyə Ordusu İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatları keçirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.
Məlumata görə, hava zərbələri nəticəsində ən azı 26 terrorçu zərərsizləşdirilib. Nazirlik hava əməliyyatlarının davam etdiyini bildirib.
Qeyd edək ki, bir neçə gün öncə sözügedən əməliyyat bölgəsində Türkiyənin hərbçiləri terrorçuların hücumu nəticəsində şəhid olub.
