Yol qəzasında ölən şəxs Əməkdar məşqçi imiş - FOTO

Tarix :
Yol qəzasında ölən şəxs Əməkdar məşqçi imiş - FOTO

Dekabrın 24-dən axşam saatlarında Sumqayıtda yol qəzasında ölən şəxs Əməkdar məşqçi olub.
 1972-ci il təvəllüdlü Füzuli Bağırovun idarə etdiyi moped maneəyə çırpılıb və ağır xəsarət alan məşqçi vəfat edib.
Qeyd edək ki, F.Bağırov tanınmış cüdo məşqçisidir. O, idman ustası və Azərbaycanın Əməkdar məşqçisi olub.