
Tovuzdakı ağır qəzada ölən və xəsarət alanların adları məlum olub.
Ölən şəxs Ağstafa rayon sakini 1961-ci il təvəllüdlü Razim Mədətovdur.
Xəsarət alanlar isə 1989-cu il təvəllüdlü Volodya Məmmədov, 2022-ci il təvəllüdlü Həvvanur Əhmədova, 2020-ci il təvəllüdlü Elina Əhmədova,1969-cı təvəllüdlü Gülarə Həsənova,1989-cu il təvəllüdlü Elvira Əhmədovadır.
Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
***
08:49
Tovuzda iki minik maşını toqquşub.
Hadisə rayonun Düzcırdaxan kəndində yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında qeydə alınıb. Hərəkətdə olan "VAZ 21099" ilə "VAZ 2104" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
