Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ələt-Astara yolunun kənarından avtomat tapıldı

Tarix :
Ələt-Astara yolunun kənarından avtomat tapıldı

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində silah tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən müvafiq sənədləri olmayan 9 ədəd ov silahı təhvil götürülüb.