
Dekabrın 21-də Cammu və Kəşmirin Şimali Federal Ərazisində ordu patruluna qarşı terror aktı həyata keçirilib.
Bu barədə xarici KİV məlumat yayıb.
Hücum nəticəsində azı 5 Hindistan əsgəri həlak olub, ikisi isə ağır yaralanıb.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri cavab atəşi açsa da, terrorçular qaça biliblər.
Hücuma görə məsuliyyəti Pakistanın “Ləşkər-e-Taibə” terror qruplaşması ilə əlaqəsi olan “Xalq Antifaşist Cəbhəsi” ekstremist təşkilatı öz üzərinə götürüb.
Hindistan sərhəd təhlükəsizlik qüvvələri terrorçuların ölkəyə daxil olmaq cəhdlərinin qarşısını almaq üçün əsgərlərin hazır vəziyyətə gətirildiyini bildirib.
