Qəzza Səhiyyə Nazirliyinin baş direktoru yaralandı

Tarix :
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru yaralandı

İsrailin bombardmanı nəticəsində Qəzza Səhiyyə Nazirliyinin baş direktoru yaralanıb. 
Bu barədə xarici KİV məlumat yayıb. 
Baş direktor Münir əl-Bəşrin Qəzzanın şimalındakı Cəbəliya bölgəsində yerləşən evinin bombardmanı zamanı yaralanıb.
Məlumata görə, onun qızlarından biri həlak olub, həyat yoldaşı və digər uşaqları isə zədə alıblar.