Bakıda "Mercedes"i "moyka"dan qaçırdılar

Tarix :
Bakıda "Mercedes"i "moyka"dan qaçırdılar

Dekabrın 21-də gecə saatlarında Xətai rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Rafiq İsmayılov saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.