
Bakıda satıcı iş zamanı qəfil ölüb.
Hadisə Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarında qeydə alınıb. 60 yaşlı Əliyev Rəfael Saleh oğlu qəflətən halı pisləşərək yıxılıb.
Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər. Kişinin ürəktutmadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır./Lent.az
