İsrail ordusu Qəzzada daha 2 hərbçisini itirdi

Tarix :
İsrail ordusu Qəzzada daha 2 hərbçisini itirdi

Qəzza zolağında quru əməliyyatı zamanı İsrail ordusunun daha 2 əsgəri ölüb. 
"Times of Israel" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. 
Ölənlər 21 yaşlı kapitan Şay Aeli və 31 yaşlı ehtiyatda olan hərbçi Tal Şuadır. 
Ümumilikdə, oktyabrın 7-dən bəri İsrail ordusu HAMAS-la müharibə zamanı 471 əsgər və zabitini itirib.