Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanlı biznesmen başından güllələnərək öldürülüb

Tarix :
Azərbaycanlı biznesmen başından güllələnərək öldürülüb

ABŞ-da azərbaycanlı biznesmen güllələnərək öldürülüb. 
Hadisə Texas ştatında qeydə alınıb. 
Azərbaycanlı biznesmen Kənan Əliyev öz avtomobilində silahlı hücuma məruz qalıb. 
Biznesmen başından güllələnərək qətlə yetirilib. 
Kənan Əliyevin nəşi Azərbaycana gətirilərək Bakı dəfn edilib. 
Qeyd edək ki, K.Əliyevin anası Kəmalə Əliyeva da bu ilin aprelində ABŞ-da faciəli şəkildə ölmüşdü. 
Belə ki, ABŞ-a oğlunun yanına qonaq gedən Kəmalə Əliyeva Niaqara şəlaləsinə gedərkən yol qəzasında həlak olub.