Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Macarıstan Ukraynanın NATO-ya üzv olmasına qarşıdır

Tarix :
Macarıstan Ukraynanın NATO-ya üzv olmasına qarşıdır

Macarıstan Ukraynanın NATO-ya üzv olmasına qarşıdır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Orbanın fikrincə, Ukraynanın NATO-ya üzv olması Alyans ölkələrini hərbi münaqişəyə cəlb edə bilər.
“Ukraynanın NATO-ya üzvlüyü o deməkdir ki, Macarıstan oraya qoşun göndərmək (red. Alyans ölkəsi olaraq Rusiyaya qarşı döyüşmək üçün) məcburiyyətində qalacaq. Biz isə bunu istəmirik”, - deyə Macarıstan hökumətinin rəhbəri bildirib.
Baş nazirin sözlərinə görə, başqa dövlətlə hərbi münaqişədə olan ölkə ilə ittifaq Macarıstanın maraqlarına uyğun deyil.
Xatırladaq ki, Ukraynanın Alyansa üzv olunması üçüncü dünya müharibəsinin başlanması təhlükəsi yaradacağı ilə bağlı Macarıstan Baş naziri bundan öncə dəfələrlə bəyanat yayıb.