Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ (YENİLƏNİB)

Tarix :
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ (YENİLƏNİB)

Sabah ölkədə güclü külək əsəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında sabah günün ikinci yarısından dekabrın 24-dək cənub-qərb küləyinin arabir 15-18 m/s, dekabrın 23-ü gündüz saatlarında isə yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Sabah gündüz saatlarından dekabrın 24-dək əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.
***12:17
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Bu barədə "Unikal"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz əsasən dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.