Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ÜST-dən xəbərdarlıq: COVID-19-un "JN.1" ştammı yayılır

Tarix :
ÜST-dən xəbərdarlıq: COVID-19-un "JN.1" ştammı yayılır

Dünya ölkələrində COVID-19 virusunun "JN.1" ştammı yayılıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, bu ştamm diqqətə alınması vacib virusdur. Hələ ki, bu virus əhalisi çox olan ölkələr Hindistan, Çin və ABŞ-da aşkar edilib.
ÜST dünya əhalisi üçün hazırda təhlükənin miqyasının kiçik olduğunu bildirsə də, insanları peyvənd etdirərək bundan qorunmağa çağırıb.
"JN.1" ştamının yayıldığı ABŞ-da xəstə sayının artacağı qaçınılmazdır.
İngiltərənin Səhiyyə Təhlükəsizliyi Agentliyi bu virusun koronavirusa yoluxanların bəzilərində aşkarlandığını bildirib. "JN.1"in koronavirusun başqa ştammlarına nisbətən daha təhlükəli olub-olmadığı hələ ki, araşdırılmayıb.