Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Körpə ana südündən zəhərlənib öldü

Tarix :
Körpə ana südündən zəhərlənib öldü

Sankt-Peterburqda iki aylıq qızın ölüm səbəbi məlum olub.
Rusiya KİV bildirir ki, körpənin bədəninə ana südü ilə daxil olan dərmanlar səbəbindən öldüyü müəyyənləşib.
Ailə Komendantski prospektində yaşayıb. Körpəni atası gecə saatlarında huşsuz vəziyyətdə tapıb və o, təcili yardım çağırıb. Lakin körpəni xilas etmək mümkün olmayıb.

Müayinə zamanı məlum olub ki, iki aylıq qızın qanında, mədəsində və digər orqanlarında metadon adlı narkotik maddə var. Həkimlər onun uşağın orqanizminə ana südü ilə daxil ola biləcəyini düşünürlər.
Narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması ilə bağlı cinayət işinin başlanması məsələsi həll edilir. Uşağın ailəsinin qeyri-funksional kimi qeydiyyata alındığı məlum olub.