Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rəsmi Moskva: "Rusiya danışıqlar üçün şərtləri formalaşdırıb"

Tarix :
Rəsmi Moskva: "Rusiya danışıqlar üçün şərtləri formalaşdırıb"

Rusiya danışıqlar üçün şərtləri formalaşdırıb.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
Onun sözlərinə görə, bu şərtlər xüsusi hərbi əməliyyatın başlaması ilə eyni vaxtda bəyan edilib: “Biz bu məqsədlərə çatanadək başqa cür davrana bilmərik. Biz xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə çatmalıyıq”.
V.Metvienko bildirib ki, Rusiya məqsədlərinə çatmayanadək müharibə bitməyəcək: “Ukrayna Rusiya əleyhinə alət olmamalıdır”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.