Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İsmayıllıda DƏHŞƏT: sərxoş oğul atasını bıçaqladı

Tarix :
İsmayıllıda DƏHŞƏT: sərxoş oğul atasını bıçaqladı

İsmayıllıda ailə-məişət zəminində oğul atasına bıçaqla xəsarət yetirib.
29 yaşlı İsmayıllı şəhər sakini Emin Maarifli aralarında yaranan mübahisə zamanı 53 yaşlı atası Sübhan Dadaşovu bıçaqlayıb. S.Dadaşov xəstəxanaya yerləşdirilib. Oğlun isə hadisəni törədən zaman sərxoş olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli  saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.