Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Kiprdə israilli iş adamlarını öldürməyi planlaşdıran iranlılar həbs edilib

Tarix :
Kiprdə israilli iş adamlarını öldürməyi planlaşdıran iranlılar həbs edilib

Kiprdə israilli iş adamlarını öldürməyi planlaşdıran iranlılar həbs edilib.
Kipr hökuməti Mossad ilə birlikdə keçirdiyi əməliyyatda israilli iş adamlarını hədəfə almağa çalışan və SEPAH-la birbaşa əlaqəsi olan iki iranlını həbs edib. 
Adının açıqlanmasını istəməyən Kipr rəsmisinin məlumatına görə, bu iki iranlı şəxs noyabrın 3-dən polis nəzarətindədir və onların deportasiya prosesi davam edir. 
Qeyd olunub ki, polislər şübhəliləri iki həftə müddətində izləyiblər və qətli törətmək üçün hərəkətə keçdiklərində onları həbs ediblər.
Kipr rəsmisinin sözlərinə görə, iranlılar ölkənin türklər yaşayan bölgəsində daha iki nəfərlə əlaqə saxlayıblar. Bildirilib ki, bu iki şəxs də SEPAH-a çalışır, lakin hələlik onların kimlikləri barədə dəqiq məlumat yoxdur.