Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Axşam yeməyi üçün ən təhlükəli vaxt

Tarix :
Axşam yeməyi üçün ən təhlükəli vaxt

Sağlamlıq üzrə mütəxəssislər axşam yeməyi üçün ən təhlükəli vaxt təyin edidlər.
Xarici mətbuat xəbər verir ki, araşdırmalara görə, axşam saat 9-dan sonra nahar edən insanlarda insult və infarkt riski daha yüksəkdir. 
Axşam yeməyini axşam saat 9-dan sonra yeyənlərin insult keçirmə ehtimalı 28 faiz çoxdur. Alimlər müəyyən ediblər ki, gec yemək qan təzyiqi və qan şəkərinin səviyyəsini yüksəldə bilər ki, bu da zamanla qan damarlarını zədələyə və ciddi ürək-damar xəstəlikləri riskini artıra bilər.
Axşam yeməyi üçün ideal vaxt 17:00-19:00 arasıdır. Günün sonuncu yeməyi nə qədər gec olsa, porsiya bir o qədər az istehlak edilməlidir.