
Keniyada davam edən leysan və daşqınlar nəticəsində 174 nəfər həyatını itirib.
Bu barədə Keniya hökumətinin sözçüsü İsaak Mvaura məlumat yayıb.
Onun sözlərinə görə, ölkədə daşqınla bağlı vəziyyət yavaş-yavaş stabilləşir. Ümumilikdə, bu ilin oktyabr ayından Keniyanın 47 bölgəsindən 38-də El Nino fenomeninin yaratdığı təbii fəlakətlər baş verib. Daşqınlar evləri aparıb, əkin sahələrini su basıb, mal-qaranı tələf edib. Əlverişsiz hava şəraitindən ən çox ölkənin cənub-şərq rayonları zərər çəkib
