Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukrayna fəlakətə doğru gedir - Zelenskinin keçmiş müşaviri

Tarix :
Ukrayna fəlakətə doğru gedir - Zelenskinin keçmiş müşaviri

Qərbdə Kiyevə yardımın verilməsi ilə bağlı fikir ayrılıqları və Ukrayna cəmiyyətinin yorğunluğu fonunda ölkə fəlakətə doğru gedir.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş müşaviri Aleksey Aretoviç Telegram kanalında yazıb:
“Möcüzə baş vermədi - Qərb heç vaxt Ukraynaya yardımla razılaşmadı. Cəmiyyətə hər şeyin bir ay əvvəl göründüyü kimi çəhrayı olmadığına dair siqnallar gəlməyə başlayır”.
Onun sözlərinə görə, bu cür siqnallar cəbhədə və iqtisadiyyatda problemlər, səfərbərliyin artmasıdır.
"İctimai rəy real proseslərdən təxminən üç ay geri qalır, buna görə də əksəriyyət martın ortalarında fəlakətə doğru getdiyimizi başa düşməyə başlayacaq", - Aretoviç bildirib.
Arestoviç Ukraynada hazırkı hökumətin legitimliyini itirməkdə olduğu fikrini də ifadə edib.