KTMT ölkələri gələn il 7 hərbi təlim keçirəcək

Tarix :
KTMT ölkələri gələn il 7 hərbi təlim keçirəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2024-cü il üçün yeddi birgə hərbi təlim planlaşdırıb. 

Bu barədə baş katib İmanqali Tasmaqambetov KTMT Şurasının iclasında və təşkilatın Parlament Assambleyasının 16-cı plenar iclasında açıqlayıb. 

O qeyd edib ki, müvafiq tədbirlər Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan ərazisində baş tutacaq.