Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyadan vətəndaşlarına xəbərdarlıq - Bu ölkəyə getməyin

Tarix :
Rusiyadan vətəndaşlarına xəbərdarlıq - Bu ölkəyə getməyin

Rusiya Xarici İşlər Nazirliyi vətəndaşılarına respublikada vəziyyət normallaşana qədər Çada səfərdən çəkinməyi tövsiyə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini İvan Neçayev, cümə axşamı keçirilən brifinqdə bildirib.
"Rusiya Xarici İşlər Nazirliyi vəziyyət tamamilə normallaşana və etibarlı təhlükəsizlik təminatları təmin olunana qədər Çad Respublikasına fövqəladə zərurətdən irəli gəlməyən səfərlərdən çəkinməyi tövsiyə edir".
O əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi 2022-ci ilin oktyabrında Çadda milli inklüziv dialoqun başa çatmasını alqışlayır və onun qərarını ölkənin daxili siyasi sabitliyi istiqamətində mühüm addım kimi qiymətləndirir.
"Ümid edirik ki, yeni formalaşan hakimiyyət transformasiya mərhələsini uğurla keçəcək, sosial-iqtisadi inkişafın çətin vəzifələrini həll edəcək və terror təhlükəsinə qarşı mübarizə aparacaq, konstitusion idarəetmə formasının qaytarılmasını təmin edəcək. İnanırıq ki, Bu məqsədlərə çatmaq üçün Çad rəhbərliyinə yardım etmək lazımdır”, - deyə o bildirib.
Neçayev həmçinin xatırladıb ki, Çadda təhlükəsizlik vəziyyəti ağır olaraq qalır və qonşu Liviya və Sudanda yerləşdirilən silahlı müxalifət yaraqlılarının respublika ərazisinə müdaxiləsi təhlükəsi qalmaqdadır. Onun sözlərinə görə, Çad hərbçiləri Çad gölü regionunda terror fəaliyyətləri getdikcə aktivləşən Qərbi Afrikada “Boko Haram” və İŞİD (İslam Dövləti təşkilatının keçmiş adı) ekstremist qrupları ilə qarşıdurma aparır.