Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qaribaşvili: Qara dəniz sualtı elektrik kabeli layihəsi aktiv mərhələdədir

Tarix :
Qaribaşvili: Qara dəniz sualtı elektrik kabeli layihəsi aktiv mərhələdədir

Gürcüstanın təşəbbüsü olan Qara dəniz sualtı elektrik kabeli layihəsi aktiv mərhələdədir.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 2023-cü il üzrə hesabatında bildirib. O, qeyd edib ki, 2021-ci ildə bu layihəni flaqman layihələrdən biri kimi Brüsselə təklif edib.

“Həmin vaxtdan dostumuz Azərbaycan, Rumıniya və Macarıstan bu layihədə iştirak edir”, - hökumət başçısı deyib.

Baş nazir qeyd edib ki, tezliklə layihə üzrə işlərin növbəti mərhələsinə keçiləcək.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Hökumətlərarası sazişdə Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi nəzərdə tutulub.