Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ərdoğan NATO toplantısına çağırılmadı - SƏBƏB

Tarix :
Ərdoğan NATO toplantısına çağırılmadı - SƏBƏB

Polşanın ərazisinə raket düşməsi ilə bağlı ABŞ Prezidenti Co Bayden G20 sammitində iştirak edən NATO-ya üzv dövlətlərin fövqəladə iclasına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəvət etməyib.
Qərb mediası xəbər verir ki, Almaniya, İngiltərə, Fransa, İtaliya, İspaniya, Kanada və Hollandiya liderləri ABŞ Prezidenti Co Baydenin qaldığı “Grand Hyatt Bali” otelində toplaşıblar.
NATO-nun üzvü olmayan, G7-də təmsil olunan Yaponiya Baş nazirinin və Avropa Birliyinin rəhbərlərinin dəvət olunduğu toplantıya NATO-nun ikinci ən güclü ordusuna malik olan Türkiyənin dövlət başçısının çağrılmaması təəccüb doğurub və Vaşinton-Ankaraya münasibətlərindəki gərginliyin nəticəsi hesab olunur.
Xatırladaq ki, bundan bir gün öncə Balidə Ərdoğanla Bayden arasında görüş keçirilib. Rəsmi məlumata görə, görüşdə əsas müzakirə mövzusu NATO-nun genişlənməsi, Türkiyəyə F-16 qırıcılarının verilməsi ilə bağlı məsələlər olub. Bayden İstanbulda baş vermiş terror aksiyası ilə bağlı başsağlığını çatdırıb, ardınca bildirib ki, qeyd olunan məsələlərdə müttəfiqlərinə yardım etməyə hazırdı. Amma görünür, liderlərin görüşündə narazılıq doğuran prinsipial məsələlər üzrə anlaşma əldə olunmayıb.