Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Kreml: "Ukraynada məqsədimizə nail olanadək əməliyyatlar davam edəcək"

Tarix :
Kreml: "Ukraynada məqsədimizə nail olanadək əməliyyatlar davam edəcək"

"Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı davam edəcək”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya hava və iqlim şəraitindən asılı olmayaraq, məqsədlərinə çatanadək əməliyyatı davam etdirəcək.

D.Peskovun sözlərinə görə, Rusiyanın "taxıl sazişi” ilə bağlı narahatlığı nəzərə alınıb: "BMT Rusiyadan ərzaq və gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılacağına söz verib”.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.

Noyabrın 17-də "Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.