Rusiya Navalnının işlərinə baxılmasını dayandırdı - 13 gündür onunla əlaqə yoxdur

Tarix :
Rusiya Navalnının işlərinə baxılmasını dayandırdı - 13 gündür onunla əlaqə yoxdur

Vladimir şəhər Oktyabrski məhkəməsi Aleksey Navalnının yeri müəyyən edilənə qədər onun işini dayandırıb. 

Bu barədə Korrupsiya ilə mübarizə fondunun (KMF) hüquq departamentinin rəhbəri Vyaçeslav Qimadi X səhifəsində yazıb. 

"Amma qanunda belə əsaslar yoxdur. Üstəlik, dayandırmanın konkret tarixi yoxdur. Məhkəmə ədaləti müdafiə etmək və Federal Penitensiar Xidməti iddiaçının gəlişini təmin etmək öhdəliyini qoymaq əvəzinə, işi qeyri-müəyyən müddətə dayandırıb”, - KMF-nın əməkdaşı bildirib.

Eyni zamanda, siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb ki, Navalnının 7 məhkəmə prosesi olmalıdır. O əlavə edib ki, həftəsonu KMF-ının hüquqşünasları Navalnının harada olması ilə bağlı ölkə üzrə 200-dən çox istintaq təcridxanasına sorğu göndəriblər. 13 gündür ki, onunla heç bir əlaqə yoxdur.