Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Prezidentin köməkçisi təyin olunan şəxs kimdir? - DOSYE

Tarix :
Prezidentin köməkçisi təyin olunan şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyev Xalid Nurəddin oğlu Əhədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi və Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilməsi barədə sərəncam imzalayıb.
 
Yeni köməkçinin dosyesini təqdim edirik:
 
Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub.
 
O, 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi olub.
 
Köməkçi 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb.
 
O, 1999-cu ilin martında “Bank of Baku”da fəaliyyətə başlayıb. X.Əhədov burada komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri vəzifəsində çalışıb. O, 2005-ci il - “Bank of Baku” - idarə heyəti sədrinin müavini olub.
 
X.Əhədov 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan “Instituto de Empresa” (IE) biznes məktəbinə qəbul olub və Barselonada MBA təhsili alıb.
 
O, 2012-ci ildə “Unibank”ın İcraedici komitəsinin üzvü, 2015-ci ildə icraçı direktoru, 2016-cı ildə “Bank Standard”ın Baş direktoru, həmin ildə “Azər Türk Bank”ın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçı olub.
 
Eyni zamanda o, 2017-ci ildə “Beynəlxalq Bank” İdarə Heyətinin sədri, 2018-ci ildə “Beynəlxalq Bank”ın Müşahidə Şurasının üzvü olub.
 
Qeyd olunan vəzifələrlə yanaşı, o, “Atəşgah sığorta”nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrini də icra edib.
 
Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.